DÇ-2026: Millimiz Ukraynadan xal aldı
Milli komandamız Dünya Çempionatı-2026-nın seçmə mərhələsində ilk xalını qazandı!
90plus.az xəbər verir ki, Santuş ilə yollarını ayıran millimiz müvəqqəti baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında çıxdığı ilk matçı bərabərliklə tamamladı.
Yığma tarixində ən çox fərqlənən oyunçumuz olan Emin Mahmudov penaltidən vurduğu qolla komandamıza ilk xalı qazandırdı.
Azərbaycan 1-1 Ukrayna
Sudakov 51'
Emin Mahmudov 72' (penalti)
DÇ - 2026: Seçmə mərhələ
Qol:
https://t.me/doxsanplus/107376
https://t.me/doxsanplus/107378
Qeyd: Emin Mahmudov Azərbaycan millisinin bombardiri oldu.
Ukraynaya qol vuran Emin Mahmudov millidəki qollarının sayını 15-ə çatdırdı və yığmanın bombardiri ünvanına sahib oldu.
Emin Mahmudov - 15 qol
Qurban Qurbanov - 14 qol.
Oyundan sonra Ayxan Abbasov: “Çoxdandı millimizdə belə ruh yox idi”.
“Elvin hələ bu qədər qaçmamışdı”.
VİDEO: https://t.me/doxsanplus/107381
© Copyright 2026, All Rights Reserved