DÇ-2026: Neymar üçün risk böyüyür, vaxt kiçilir
Neymarın 2026 Dünya Kuboku üçün vaxtı daralır, risk böyüyür.
90plus.az xəbər verir ki, keçən həftə Karlo Ançelotti Neymarın 2026 Dünya Kuboku üçün hazır olduğunu sübut etməsi üçün ona altı ay vaxt verildiyini bildirmişdi.
“Neymar Dünya Kubokunda ola biləcək futbolçular siyahısındadır. İndi isə yekun siyahıya düşmək üçün altı ayı var. Sadəcə onu və digər oyunçuları izləməliyik ki, son seçimdə səhv etməyək”, – Ançelotti açıqlamışdı.
Lakin cəmi bir həftə sonra braziliyalı ulduzun mövsümün sonunda ehtimal olunan artroskopik əməliyyat səbəbindən “Santos”un mövsümdəki son üç liqa oyununu buraxa biləcəyi barədə məlumat yayılıb.
⏳ Ney üçün Dünya Kubokuna yetişmək vaxtı sürətlə daralır.
© Copyright 2026, All Rights Reserved