DÇ-2026-nın rəsmi topu təqdim olundu -FOTO
FİFA 2026-cı il dünya çempionatında istifadə olunacaq rəsmi oyunun topunu ictimaiyyətə tanıdıb.
90plus.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Gələn il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundial ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq.
Yeni topun dizaynında turnirin ev sahibi ölkələrini təmsil edən rənglərə – qırmızı, mavi və yaşıl tonlara yer verilib. Topa “Trionda” (tərcümədə – üç dalğa) adı qoyulub.
Qeyd: Bu dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. Final qarşılaşması isə ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Metlife Stadium”da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved