DÇ-2026: Ronaldo ilk dəfə qırmızı aldı, Portuqaliya uduzdu
Kriştiano Ronaldo millidə ilk dəfə qırmızı vərəqə aldı, Portuqaliya səfərdən əliboş qayıtdı.
90plus.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu nəticə İrlandiyanın vəsiqə uğrunda mübarizədə qalmasına imkan verdi.
Troy Parrott Dublin stadionunda meydan sahibləri üçün dubla imza atdı. Portuqaliyanın “7 nömrə”si isə bunun əksinə, böyük məyusluq yaşadı – çünki Ronaldo 226-cı oyununda milli komandadakı karyerasının ilk qırmızı vərəqini gördü.
“AZ Alkmaar”ın hücumçusu Parrott matçın 17-ci dəqiqəsində hesabı açdı. Küncdən ötürülən topu uzaq dirək istiqamətində Lyam Skeilz başla qapı qarşısına göndərdi və Parrott altı metrlik məsafədən Dioqo Koştanı məyus etdi.
Parrott fasilə ərəfəsində hesabı artırmağa nail oldu.
Portuqaliyanın geri dönüş ümidləri isə Ronaldonun meydandan qovulmasından sonra tamamilə tükəndi. VAR monitoruna baxan hakim hücumçunun əsəb anında O’Şeyaya dirsəklə zərbə vurduğunu müəyyənləşdirərək qırmızı vərəq göstərdi:
İrlandiya 2-0 Portuqaliya
Parot 17' 45'
Qollar, epizodlar:
https://t.me/doxsanplus/110625
https://t.me/doxsanplus/110628
https://t.me/doxsanplus/110630
© Copyright 2026, All Rights Reserved