DÇ-2026: Salah 2 qolla vəsiqəni aldı!
DÇ-2026: Misir Cibutini məğlub edərək mundiala vəsiqəni təmin etdi.
90plus.az xəbər verir ki, Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin 9-cu turunda Misir millisi Cibutini 3:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə Misir A qrupunda liderliyini qoruyaraq mundiala vəsiqə qazanıb.
Oyunun 8-ci dəqiqəsində İbrahim Adel hesabı açıb, daha sonra isə “Liverpul”un ulduzu Məhəmməd Salah 14-cü və 84-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb.
Afrikadan DÇ-2026-nın final mərhələsinə Misirdən əvvəl Mərakeş və Tunis də vəsiqəni təmin etmişdi.
2026-cı il dünya çempionatında ümumilikdə 48 milli komanda iştirak edəcək və komandalar dörd komandalı 12 qrupa bölünəcək.
© Copyright 2026, All Rights Reserved