DÇ-2026: Türkiyə uddu, İngiltərə vəsiqə qazandı
DÇ-2026-nın seçmə mərhələsində maraqlı oyunlar – Türkiyədən və İngiltərədən qələbə şousu baş tutdu.
90plus.az xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində bu gecə səkkiz qarşılaşma keçirilib.
Türkiyə millisi öz meydanında Gürcüstan yığmasını qəbul edib. Hər iki ölkə prezidentinin tribunadan izlədiyi görüşdə “ay-ulduzlular” rəqibini 4:1 hesabı ilə məğlub ediblər. Ev sahibləri dörd qol vuraraq inamlı qələbə qazanıblar, gürcülər isə yalnız bir cavab qolu ilə kifayətləniblər:
Türkiyə 4 - 1 Gürcüstan
Kenan Yıldız 17’
M. Demiral 22', 52’
Y. Akgün 35'
G. Kochorashvili 64'
Qollar:
https://t.me/doxsanplus/109147
https://t.me/doxsanplus/109148
https://t.me/doxsanplus/109152
https://t.me/doxsanplus/109155
https://t.me/doxsanplus/109156
İngiltərə 2026 Dünya Çempionatına vəsiqəni təmin etdi! Onların 1966-cı ildən bəri ilk Dünya Kuboku axtarışı davam edir...
Mükəmməl göstərici ilə vəsiqə qazandılar:
◉ 6/6 qələbə
◉ 18 qol
◉ 0 buraxılan top
Latviya 0 - 5 İngiltərə
A. Gordon 26'
H. Kane 44', 45+3’ (p)
M. Toņiševs 58' (ö.q)
E. Eze 86'
Günün ən maraqlı matçlarından biri Portuqaliyada baş tutub. Ev sahibləri Macarıstanla qarşılaşıb və məhsuldar oyunda qalib müəyyənləşməyib. Dominik Soboslay Portuqaliyadan xal qoparmağı bacardı!
Vacib xallar itirən Portuqaliya 2026 dünya çempionatına vəsiqəni gözləməli olacaq:
Portuqaliya 2 - 2 Macarıstan
A. Szalai 8'
C. Ronaldo 22', 45+3’
D. Szoboszlai 90+1'
Qollar:
https://t.me/doxsanplus/109150
https://t.me/doxsanplus/109153
https://t.me/doxsanplus/109157
Kriştiano Ronaldo dubla imza ataraq karyerasındakı qollarının sayını 948-ə çatdırdı! Millidə: 143 qol!
İtaliya İsraili 3-0 məğlub edərək qələbə qazandı, İsrail isə rəsmi olaraq 2026 Dünya Çempionatına vəsiqə qazana bilmədi.
İtaliya 3 - 0 İsrail
M. RETEGUI 45+2' (P), 74’
G. Mancini 90+3'
Mikel Merino dubl ilə parladı və İspaniya Bolqarıstan üzərində 3 xalı təmin etdi
İspaniya 4 - 0 Bolqarıstan
M. Merino 35', 57’
A. Atanasov Chernev 79' (ö.q)
M. Oyarzabal 90+2' (P)
Bütün nəticələr: