DÇ-2026: Türkiyənin Play-Offda rəqib namizədləri
Türkiyə qrupu ikinci bitirsə, play-off mərhələsinə %99,6 ehtimalla ilk torbadan qatılacaq. Bu halda ilk matçdakı rəqib aşağıdakı 7 komandadan biri olacaq.
90plus.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra Almaniya ilə ilk matçda qarşılaşma ehtimalı qalmadı.
Digər ehtimallar:
Ş.İrlandiya : 24,9%
İsveç: 24,7%
Uels: 18,9%
Moldova: 18,1%
Ş.Makedoniya: 6,7%
Ruminiya: 6,3%
San Marino: 0,4%
Niyə San Marino? Çünki bu yığma UEFA Millətlər Liqası D Liqası qrupunu qazanaraq qrup birincisi olub.
2026 Dünya Çempionatı Avropa seçmə mərhələsinin play-off-ları üçün birbaşa vəsiqə qazana bilməyən ən yaxşı 4 Millətlər Liqası qrup birincisinə yer ayrılıb.
San Marino, yuxarı sıralardakı komandaların birbaşa vəsiqə qazanması halında (çox aşağı ehtimal, %0,4) play-off-a çıxa bilər.
© Copyright 2026, All Rights Reserved