Dembele: “Hamı mənim qazanmağıma sevindi”
PSJ-nin ulduzu Usman Dembele bu il “Qızıl Top” mükafatını qazanması barədə “GQ France”a danışıb.
90plus.az xəbər verir ki, "hər il demək olar ki, “Qızıl Top” qalibi ilə bağlı böyük mübahisələr və müzakirələr olur, lakin bu dəfə demək olar ki, hamı sənin qalibiyyətindən məmnun idi. Bu qədər yekdilliklə qəbul edilmək necə bir hissdir?" sualına Dembelenin cavabı belə olub:
“Hamının mənə görə sevinməsi doğrudur. Düşünürəm ki, bunun əsas səbəbi karyeram boyunca yaşadıqlarım, xüsusilə də zədələrimdir. Bütün bunlar məndə müəyyən bir mental güc formalaşdırdı.
“Bu mükafatı çox böyük zəhmət və fədakarlıqdan sonra qazandığım üçün hamı sevindi. Zəhmət öz bəhrəsini verir və bu, hamı üçün yaxşı xəbərdir.”
© Copyright 2026, All Rights Reserved