Dünya Arda Gülerdən danışır
26 metrdən vurduğu gözəl qolla Türkiyə millisinin Gürcüstan üzərindəki qələbəsində mühüm pay sahibi olan Arda Güler dünya mətbuatının manşetindədir.
90plus.az onlardan bir neçəsini təqdim edir:
Marca: "Arda Güler Türkiyə ilə ulduz kimidir. Türkiyənin Messisi"
ESPN: "16 yaşlı Lamin Yamal və 19 yaşlı Arda Güler Avropa çempionatının ilk matçında şou göstərirlər. Futbolun gələcəyi etibarlı əllərdədir".
Rio Ferdinand: "Arda Güler. Turniri gənclərin çıxışı müəyyənləşdirir".
Guardian: "Güler "Türkiyənin Messi iddiasını davam etdirdi və ilk matçında Gürcüstanı darmadağın etdi."
FIFA: "Onun adı Gülərdir. Arda Güler!"
The Sun: "Arda Gülerin möhtəşəm zərbəsi Ronaldonun rekordunu qırdı".
A Bola: "Arda Güler matçda çox iştirak etməsə də, möhtəşəm qolla matçın taleyini əla məqamda müəyyənləşdirdi".
Mundo Deportivo: "Aman Allahım, Arda Güler nə qol vurdu!"
El Pais: "Türkiyə Arda Gülerin mükəmməl qolu ilə Gürcüstanı 3-1 məğlub etdi".
-Bir izləyici: “Bu qolu sən də buraxardın”
-Tibo Kurtua: "Bəlkə də"
Bu da o möhtəşəm qol: https://t.me/doxsanplus/84476
© Copyright 2026, All Rights Reserved