Dünya çempionatı: İkinci medalımız Elcandan gəldi
Cüdo üzrə dünya çempionatı: Elcan Hacıyevdən bürünc medal, Vüqar Talıbov mübarizəni erkən dayandırdı.
90plus.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan komandası mübarizəni davam etdirir. Bu gün tatami üzərinə iki təmsilçimiz çıxıb.
90 kq çəki dərəcəsində yarışan Elcan Hacıyev mötəbər turnirdə uğurlu çıxış edərək bürünc medal qazanıb. Medal uğrunda görüşdə estoniyalı Klen Kristoferlə qarşılaşan idmançımız rəqibinə üstün gələrək mundialda Azərbaycanın aktivinə ikinci bürünc mükafatı yazdırıb.
Digər cüdoçumuz Vüqar Talıbov isə turnirdə ilk mərhələdə – 1/32 finalda gürcü rəqibi Luka Maysuradze ilə üz-üzə gəlib. Təəssüf ki, bu qarşılaşmada məğlub olan Talıbov mübarizəni erkən dayandırıb.
Qeyd: Azərbaycan yığması dünya çempionatında ümumilikdə 13 cüdoçu (9 kişi, 4 qadın) ilə fərdi yarışlarda təmsil olunur. Komandamız daha sonra qarışıq komanda yarışında da qüvvəsini sınayacaq. Mundialda millimizin digər təmsilçisi Zelim Tçkayev də bürünc medal qazanıb.
© Copyright 2026, All Rights Reserved