Kurasao milli komandasının baş məşqçisi Dik Advokat öz postundan istefa verib.
90plus.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb. Advokat ailə səbəblərinə görə vəzifəsini tərk etdiyini bildirib: “Bu qərarı vermək mənim üçün çətin idi. Lakin ailə futboldan daha önəmlidir. Niderlandda heyətlə sıx əlaqədə olmağa davam edəcəyəm və bu futbolçu qrupuna tam güvənirəm”.
78 yaşlı mütəxəssis 2024-cü ilin yanvarından komandanı çalışdırırdı. O, daha əvvəl Rusiya, Niderland, Belçika, Serbiya, Cənubi Koreya və İraq yığmalarına da rəhbərlik edib.
Qeyd: Kurasao noyabrın 19-da Yamayka ilə qarşılaşacaq. Komanda hələ də dünya çempionatına yüksəlmək şansını saxlayır.
© Copyright 2026, All Rights Reserved