Dünya futbol tarixinin ən böyük mükafatı
90plus.az xəbər verir ki, 2025-ci il 15 iyun – 13 iyul tarixləri arasında ABŞ-da təşkil olunan FIFA Klublar Dünya Kuboku turnirində İngiltərə "Çelsi" komandası finalda PSJ məğlub edərək çempionluğa yüksəldi. Turnir tarixində ən yüksək – 1 milyard dollar məbləğində mükafat fondu bölüşdürüldü.
2025-ci il ABŞ-da keçirilən FIFA Klublar Dünya Kubokunda ümumilikdə 1 milyard dollar mükafat verilib. Bunun 475 milyon dolları idman göstəricilərinə, 525 milyon dolları isə iştirak haqqına ayrılıb. Çempion "Çelsi" komandası 114.6 milyon dollar mükafat qazandı.
ABŞ-da keçirilən 2025 FIFA Klublar Dünya Kubokunda paylanmış mükafatlar belədir:
“Chelsea” 114.6 milyon dollar
“Paris Saint Germain” 106.9 milyon dollar
“Real Madrid” 82.5 milyon dollar
“Fluminense” 60.8 milyon dollar
“Bayern Münhen” 58.2 milyon dollar
“Borussiya Dortmund” 52.3 milyon dollar
“Mançester Siti” 51.7 milyon dollar
“Palmeiras” 39.8 milyon dollar
© Copyright 2026, All Rights Reserved