Dünya nəhəngləri alman ulduzun təqibində
Florian Virtz bu klublardan birini seçməlidir.
90plus.az xəbər verir ki, futbolçu ilə “Barselona”, “Real Madrid”, “Arsenal”, “Mançester Siti” kimi klubların maraqlandığı deyilir. Onun gələn mövsüm klubdan ayrıla biləcəyi irəli sürülür. İddia edilir ki, İspaniyada futbol oynamaq istəyən futbolçu “Real” klubuna üstünlük verəcək. Futbolçu “Barselona”nın maddi sıxıntılarına görə “Real”a transfer olmağa üstünlük verib. "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonsonun karyerasının da Virtzin qərarına təsir edə biləcəyi və hər iki şəxsin “Real”da görüşə biləcəyi ilə bağlı iddialar var.
Qeyd: Florian Virtzin "Bayer Leverkuzen"lə müqaviləsi 2027-ci ilə başa çatır.
© Copyright 2026, All Rights Reserved