Elçin Məsiyev avrokubok oyununda baş hakimdir
FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının Liqa mərhələsinin I turunda "Boraç" (Bosniya və Herseqovina) - "Panatinaikos" (Yunanıstan) oyununun baş hakimi olacaq.
90plus.az xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İnqilab Məmmədov və fransalı Benua Miyo olacaqlar.
Qeyd: Oktyabrın 3-də Banya-Luka şəhərində keçiriləcək görüş saat 23:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved