Elmar Baxşıyev: "Komandam özünə inanır"
"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda Yunanıstanın "Aris" klubunu qəbul edəcək.
90plus.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun mahiyyətini hamı dərk edir. Matça yaxşı hazırlaşmışıq. Ümidliyik, inamlıyıq. Futbolçularım sabah meydanda ən yaxşısını etməyə çalışacaq. Yaxşı komandayıq. Təcrübəsiz görünə bilərik. Amma komandam özünə inanır.
"Araz"ın Avropadakı təcrübəsi
- Komanda Konfrans Liqasında yeni ola bilər. Amma heyətdə olan futbolçular dəfələrlə belə yarışlarda iştirak ediblər. Yaxşı oyunçulara sahibik.
Transferlərdən razılıq
- Sərəncamımda olan futbolçuların hamısını mən bəyənmişəm. Hamısı mənim oyun fəlsəfəmə uyğundur. Yoxlama oyunlarında öz ustalıqlarını göstərməyə çalışırdılar.
Yeni oyunçuların komandaya uyğunlaşması
- Yaxşı kollektivimiz var. Uyğunlaşma baxımından heç kimin sıxıntısı yoxdur.
Azarkeşlərə sözləri var
- Bizi dəstəkləsinlər. Onları sevindirməyə çalışacağıq.
Naxçıvana geri dönüş
- Biz də onları görmək istəyirik. Sıx qrafikdəyik. Bizim təlim-məşq toplanışında naxçıvanlı azarkeşlər iştirak edirdi. Onlarla görüşmüşük. Nə vaxtsa Naxçıvana qayıdacağıq. İndiki durumda daha çox komandaya diqqət ayırırıq.
© Copyright 2026, All Rights Reserved