Elmar Qasımov cüdoya qayıtdı
Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçımız Elmar Qasımov idmançı karyerasını bərpa edib.
90plus.az xəbər verir ki, o bu gün Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.
34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək və 1/8 finalda İlkin Baxşəliyevlə üz-üzə gələcək.
Qeyd: Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.
O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.
Mənbə: Prosport
© Copyright 2026, All Rights Reserved