Mareska: “Mövsüm yaxşı keçdi, amma kubokla tamamlasaq – əla olacaq”
"Çelsi"nin baş məşqçisi Enzo Mareska uğurlu mövsümü avrokubokla tamamlayaraq yekunlaşdırmaq əzmindədir. Komanda mayın 28-də keçiriləcək UEFA Konfrans Liqasının finalında "Real Betis"ə qarşı oynamağa hazırlaşır.
90plus.az xəbər verir ki, Mareska baş məşqçi kimi ilk mövsümünü dəyərləndirərkən həm uğurlu, həm də çətin anlar yaşadığını etiraf edib. Lakin o, Avropa kubokunu qazanmağın bu mövsümü unudulmaz edəcəyinə inanır.
"Mövsümə dörd turnirdə başladıq. Çempionlar Liqasına vəsiqə qazandıq. FA Kubokundan və Karabao Kubokundan kənar qaldıq. Amma ümumilikdə düşünürəm ki, çox yaxşı mövsüm keçirdik," – deyə Mareska bildirib.
"Daha öncə də demişdim: mənim üçün bu, artıq yaxşı mövsümdür. Amma əgər Konfrans Liqasını da qazana bilsək, bu mövsüm əla olacaq," – deyə o əlavə edib.
© Copyright 2026, All Rights Reserved