Ferdinand: "Mourinyo Avropa səviyyəsində deyil"
"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq mərkəz müdafiəçisi Rio Ferdinand Mourinyo haqqında xoş olmayan sözlər deyib.
90plus.az xəbər verir ki, "Fənərbaxça" "Lill"lə öz meydanında 1-1 qalaraq Çempionlar Liqasında çıxışını dayandırmışdı. Bundan sonra sabiq mərkəz müdafiəçisi Rio Ferdinand Mourinyonu tənqid edib:
"Mourinyonun taktikaları artıq heç yerdə keçmir. Hamı onun nə etmək istədiyini artıq bilir. Bu düşüş "Mançester" günlərindən başlamışdı. Mourinyo artıq Avropa səviyyəsində bir məşqçi deyil".
Qeyd: Mourinyo bu mövsümün əvvəlində "Fənərbaxça" ilə müqavilə imzalayıb.
© Copyright 2026, All Rights Reserved