"Fənərbağça" İstanbulda xal itirdi
Türkiyə Super Liqasının 15-ci turunda “Fənərbağça” səfərdə “Başakşəhər”lə qarşılaşıb və oyun 1–1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra sarı-göylərin “Qalatasaray” ilə arasındakı xal fərqi 3-ə yüksəlib.
90plus.az xəbər verir ki, Fatih Terim Stadionunda keçirilən görüşün ilk hissəsində “Fənərbağça” müdafiəçisi Şkrinyarın qolu ilə hesabda önə keçdi. Lakin meydan sahibləri ikinci hissədə Bertuğun vurduğu qolla tarazlığı bərpa etməyi bacardılar:
Başakşəhər 1 - 1 Fənərbağça
Milan Skriniar 64'
Bertug Yildirim 81'
Turnir cədvəli:
1.Qalatasaray ➖ 36 xal
2.Fənərbağça ➖ 33 xal
9. Başakşəhər ➖ 17 xal
"Trabzonspor” “Beşiktaş”ı məğlub edəcəyi halda, 34 xalla 2-ci pilləyə yüksələcək.
"Başakşəhər"in qoluna keçid etmək üçün cümləyə klik edin
"Fənərbağça"nın qoluna keçid etmək üçün cümləyə klik edin
© Copyright 2026, All Rights Reserved