“Fənərbağça” prezidentinin adı narkotiklə hallanır
“Fənərbağça” klubunun prezidenti istintaqa cəlb olunub.
90plus.az xəbər verir ki, Türkiyədə tanınmış şəxslərlə bağlı aparılan narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə istintaq çərçivəsində “Fənərbağça” futbol klubunun prezidenti Sadettin Saran da prosesə daxil edilib.
Məlumata görə, Sadettin Saran şübhəli şəxs qismində prokurorluğa çağırılıb. Hazırda onun ölkə xaricində olduğu bildirilir və Türkiyəyə qayıtdıqdan sonra rəsmi ifadə verməsi gözlənilir.
İstintaq tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları Saranın yaşadığı ünvanda axtarış aparıblar. Hadisə ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən geniş açıqlama verilməyib.
Qeyd olunur ki, araşdırma çoxşaxəli şəkildə davam etdirilir və yaxın günlərdə yeni detalların açıqlanacağı istisna edilmir.
© Copyright 2026, All Rights Reserved