“Fənərbağça” - PSV danışıqları gedir
“Fənərbağça” Coey Vermann üçün hərəkətə keçdi – PSV ilə danışıqlar başlayıb.
90plus.az xəbər verir ki, Türkiyənin nəhəng klubu “Fənərbağça” PSV “Eyndhoven”in yarımmüdafiəçisi Coey Vermannın transferi üçün rəsmi danışıqlara start verib.
Məlumata görə, niderlandlı futbolçuya maraq göstərən klublar arasında İngiltərə təmsilçisi “Brentford” da olub. Premyer Liqa klubu ötən yay Vermannı heyətinə qatmaq üçün təklifini 30 milyon avroyadək yüksəltsə də, PSV bu məbləği qəbul etməyib.
Qeyd olunur ki, futbolçunun müqaviləsində yanvar ayı üçün nəzərdə tutulan sərbəstqalma maddəsi mövcuddur və bu məbləğ “Brentford”un təklif etdiyi 30 milyon avrodan xeyli aşağıdır — 23 milyon avro.
Hazırda “Fənərbağça”nın bu fürsətdən yararlanaraq transferi qısa müddətdə yekunlaşdırmaq istədiyi bildirilir.
Mənbə: yagosabuncuoglu
© Copyright 2026, All Rights Reserved