“Fənər”in Ostervoldesi "Qalatasaray"a: “Heç vaxt”
"Qalatasaray"a transfer olunacağı iddia edilən "Fənərbağça"nın hollandiyalı oyunçusu Jayden Ostervolde sözügedən xəbərlərə cavab verib.
90plus.az xəbər verir ki, bu barədə oyunçu instaqram hesabında paylaşım edərək iddiaları təkzib edib:
“Heç vaxt" ifadəsini işlədən Ostervolde, ötən mövsüm oynanılan "Qalatasaray" matçından bir görüntü paylaşaraq qapıları tamamilə bağlayıb.
FOTO
Qeyd: Transfer dövrünə sürətlə başlayan "Qalatasaray"ın "Fənərbağça"dan Ostervolde ilə maraqlandığı qeyd olunmuşdu.
© Copyright 2026, All Rights Reserved