Fərid Qayıbov vəzifəsindən azad olundu
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlərin seçkisi keçirilib.
90plus.az xəbər verir ki, yeni tərkibdə gənclər və idman naziri Fərid Qayıbovun adı yer almayıb.
Beləliklə, əvvəlki seçkilərdə vitse-prezident vəzifəsinə layiq görülən nazir bu postunu itirmiş olub.
Onun yerinə isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov təyin edilib.
Xatırlatma: Ötən dəfə vitse-prezident seçilən digər şəxslər – Çingiz Hüseynzadə və Zemfira Meftahətdinova yenidən bu vəzifəyə seçilib.
© Copyright 2026, All Rights Reserved