Gənc cüdoçularımızdan medallar
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha iki medal qazanıblar.
90plus.az xəbər verir ki, Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.
Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı üçə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.
Qeyd: Bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.
© Copyright 2026, All Rights Reserved