"Gəncə" klubu rusiyalı ilə yolları ayırdı
"Gəncə" voleybol komandası legioner oyunçusu ilə vidalaşıb.
90plus.az xəbər verir ki, klub rusiyalı blokçu Anastasiya Atepalina ilə yollarını ayırıb. O, karyerasını Albaniya təmsilçisi "Dinamo" klubunda davam etdirəcək.
Atepalina daha öncə də Albaniya çempionatında çıxış edib – o, "Tirana" və "Şkenderbeu" komandalarının heyətində oynamışdı. Ardınca bir mövsüm Fransanın "Arjantöy VB 95" komandasında forma geyinmişdi.
Xatırlatma: Bu mövsüm fasiləsində "Gəncə" heyətini yeni legionerlərlə gücləndirib – braziliyalı blokçu Qrasiela Souza amerikalı İzabel Morqan və əvvəllər "Milli Aviasiya Akademiyası" klubunda oynamış toppaylayıcı Marianna Abueva komandaya qoşulub.
© Copyright 2026, All Rights Reserved