"Gözəl oyun göstərə biləcəyik” Naqelsman
AVRO 2024-ün 1/4 final mərhələsində qarşılaşmalara start verilib. Qarşılaşmalarda bu gün İspaniya - Almaniya komandaları üz-üzə gələcək.
90plus.az xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman bu gün İspaniya ilə keçiriləcək oyun barəsində açıqlama verib.
O, açıqlamasında "Şübhəsiz ki, bu, ən vacib qarşılaşmalardan biridir, lakin hazırlığımız əvvəlki oyunlardakı kimidir. Hər şey olduğu kimi qalır” - deyə qeyd edib.
Həmçinin baş məşqçi “Kimin əsas heyətdə oynayacağını müəyyənləşdirmişik. Dünən çoxlu fərdi söhbətlər etdik, çoxlu videolara baxdıq. Biz yaxşı hazırlaşmışıq və əminik ki, gözəl oyun göstərə biləcəyik” - deyə bildirib.
Qeyd: İspaniya - Almaniya matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved