Güləş üzrə Avropa çempionumuz vəfat etdi
Azərbaycan güləşində böyük itki yaşanıb.
90plus.az xəbər verir ki, yunan-Roma güləşi üslubunun təmsilçisi, 1956-cı ildə Göygöl rayonunda doğulmuş Viktor Avdışev dünyasını dəyişib.
O, 69 yaşında ürək çatışmazlığından həyatını itirib.
Viktor Avdışev, Gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının ikiqat bürünc medalçısı (1978, 1983) və Avropa çempionatının bürünc medalçısı (1983), SSRİ çempionu (1978) və SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.
© Copyright 2026, All Rights Reserved