Güləşçimiz qızıl medal qazandı
Azərbaycan yunan-Roma güləşi millisindən Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatının son günündə qızıl medal gəldi.
90plus.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Nurullayev finalda rusiyalı Danil Qriqoryevə 3:2 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.
Qeyd: Dünən yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər.
© Copyright 2026, All Rights Reserved