Günay Qurbanova Avropa çempionu oldu
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında güləş yarışları davam edir. Bu gün qadınlar arasında ilk çempionlar müəyyənləşib.
90plus.az xəbər verir ki, 59 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova dünən bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlmişdi.
Həlledici görüşdə Günay türkiyəli Sevim Akbaşla üz-üzə gəlib. Final güləşində başdan-sona üstünlüyünü qoruyan təmsilçimiz rəqibini 9:1 hesabı ilə məğlub edərək Avropa çempionu adına layiq görülüb.
Beləliklə, Qurbanova bu il ardıcıl üçüncü dəfə qızıl medal qazanıb. O, daha əvvəl ilin ilk reytinq turnirində və U-23 Avropa çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
© Copyright 2026, All Rights Reserved