Günün oyunları: DÇ-2026 matçları var
Günün oyunları – DÇ-2026-nın Avropa zonası seçmə mərhələsində 8 matç baş tutacaq.
90plus.az ən maraqlı üç qarşılaşmanı təqdim edir:
Saat 22:45 Malta – Niderland
Yayım: Okko Sport, Exxen Turkey
Saat 22:45 Çexiya – Xorvatiya
Yayım: CBC Sport, Okko Sport, Exxen Turkey
Saat 22:45 Şotlandiya – Yunanıstan
Yayım: Okko Sport, Exxen Turkey
Bundan başqa, Avropa zonasında saat 22:45-də "Belarus - Danimarka", "Avstriya - San Marino", "Kipr - Bosniya və Herseqovina", "Farer Adaları - Monteneqro" görüşləri, saat 20:00-da isə "Finlandiya - Litva" oyunu da baş tutacaq.
Qeyd: 2026-cı il dünya çempionatı Kanada, ABŞ və Meksikada təşkil olunacaq. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
Hazırda final mərhələsində iştirakı təmin edən yığmalar bunlardır:
ABŞ (təşkilatçı ölkə), Meksika (təşkilatçı ölkə), Kanada (təşkilatçı ölkə), Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir.
© Copyright 2026, All Rights Reserved