Gyökereş: “Bu tam bir fiasko idi”
RƏSMİ: İsveç baş məşqçisini istefaya göndərdi.
90plus.az xəbər verir ki, İsveç yığmasında gözlənilən qərar rəsmiləşib — komandanın baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən uzaqlaşdırılıb.
Skandinaviya təmsilçisi 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində dörd oyundan cəmi 1 xal toplayaraq qrupun son pilləsində qərarlaşıb.
Komandanın bu həftə evdə Kosovoya 0:1 hesabı ilə uduzması rəhbərliyin səbir kasasını daşırıb. Bu nəticə İsveçin mundiala vəsiqə qazanmaq şanslarını demək olar ki, sıfıra endirib.
Komandanın hücum xətti — Aleksandr İsak və Viktor Gyökereş kimi ulduz futbolçuların səylərinə baxmayaraq, payız oyunlarında qol vurmağı bacarmayıb.
"Arsenal"ın hücumçusu Gyökeres “Viaplay”a açıqlamasında yığmanın zəif oyununu sərt şəkildə tənqid edib:
“Biz oyunu qazanmaq istəmirdik, bu, bədən dilimizdən də görünürdü. Tam diqqətli deyildik, nə müdafiədə, nə də ötürmələrdə. Bu, münasibət məsələsidir. Sloveniya və İsveçrə qarşısında bəxtsiz idik, amma Kosovoya qarşı heç nəyi haqq etmədik. Bu, tam fiasko idi.”
Beləliklə, Yon Dal Tomasson İsveç tarixində vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılan ilk baş məşqçi olub.
© Copyright 2026, All Rights Reserved