Haalandın şok görüntüsü - Ciddi zədəlidir
Erlinq Haaland "Bornmut"la oyunda zədələndi.
90plus.az xəbər verir ki, faciə kimi bir mövsüm keçirən "Mançester Siti" FA Kuboku 1/4 final oyunu çərçivəsində dünən axşam "Bornmut" ilə qarşılaşdı. Pep Qvardiolanın rəhbərlik etdiyi komanda 1-0 geridə olmasına baxmayaraq mübarizəni 2-1 qalibiyyətlə başa vurdu. "Siti"nin qolunu Erlinq Haaland və Marmuş vurdu, "Bornmut"un tək qolu isə Evanilsondan gəldi.
"Vitality Stadionu"nda keçirilən qarşılaşmada Erlinq Haaland baş rolda idi. 14-cü dəqiqədə qazandıqları penalti ilə topuağ nöqtəyə qoyan norveçli ulduz sol ayağı ilə vurdu, lakin qapıçı Kepa topu çıxartdı. İkinci hissənin 49-cu dəqiqəsində Haaland qol vuraraq hesabı 1-1 etdi, amma oyunu tamamlaya bilmədi.
Maçdan sonra ortaya çıxan görüntülər isə şok edici oldu: Haaland oyunun son yarım saatında zədə aldı və 61-ci dəqiqədə yerini Marmuşa verdi. Həmçinin, Erlinq Haalandın stadiondan qoltuq dəstəkləri ilə ayrıldığına dair görüntülər sosial mediada yayıldı.
© Copyright 2026, All Rights Reserved