Hacı Əliyev Güləş Federasiyasında vəzifə aldı
Güləşçi karyerasını bitirən Hacı Əliyev Azərbaycan Güləş Federasiyadında yeni vəzifə aldı.
90plus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionunun bundan sonra federasiyada sərbəst güləş üzrə koordinator kimi fəaliyyət göstərəcəyi barədə məlumat yayıb.
AGF Hacı Əliyevin yeni vəzifəsində həm milli komandanın inkişafına, həm də gənc güləşçilərin hazırlanmasına töhfə verəcəyini bildirib. Federasiyadan verilən açıqlamada qeyd olunub ki, onun uzunillik təcrübəsi və liderlik keyfiyyətləri güləşin gələcəyinə müsbət təsir edəcək.
© Copyright 2026, All Rights Reserved