Haland Ronaldoya şərik oldu
XXI əsrdə bir klubda 100 qola ən tez çatan futbolçular siyahısına Ronaldo və Erlinq Haland başçılıq edirlər.
90plus.az xəbər verir ki, Erlinq Haland 100 qola "Mançester Siti" klubu ilə 105 oyunda çatıb.Ronaldo "Real Madrid"də belə bir nəticəyə çatmaq üçün 105 oyun keçirmişdi.
Portuqaliyalı ulduz "Yuventus" klubunda 100 qolu 131 oyunda vurmağı bacarmışdı.
Lionel Messi isə "Barselona" ilə ilk 100 qolunu vurmaq üçün 188 oyun keçirdiyi üçün siyahıya düşə bilməyib.
© Copyright 2026, All Rights Reserved