“Hayduk”un futbolçusu: “Məqsədimiz sadədir – mərhələ adlamaq”
Krovinoviç “Zirə” ilə oyundan öncə danışdı: “Melnyakdan məlumat aldım, məqsədimiz mərhələni keçməkdir”.
90plus.az xəbər verir ki, “Hayduk”un yarımmüdafiəçisi Filip Krovinoviç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək oyun öncəsi Bakıdakı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Xorvatiyalı futbolçu ilk dəfə Azərbaycan səfərinə çıxmasından məmnun olduğunu bildirib və sabahkı qarşılaşmaya tam hazır olduqlarını vurğulayıb:
“İsti qarşılanmaya görə hər kəsə təşəkkür edirəm. Sabahkı oyuna tam hazırıq və müsbət nəticə qazanmağa ümid edirik. Dario Melnyakla danışmışıq, o, həm klub, həm də ölkə barədə mənə məlumat verdi. Bu, bizim üçün yeni təcrübədir. Azərbaycan çempionatı haqda da müsbət fikirlər eşitmişik – səviyyəli liqadır və burada keyfiyyətli futbolçular çıxış edir. Amma biz öz oyunumuz haqda düşünürük. Məqsədimiz sadədir – mərhələ adlamaq”.
Qeyd: “Zirə” – “Hayduk” oyunu iyulun 24-də “Neftçi Arena”da baş tutacaq və saat 19:30-da start götürəcək.
© Copyright 2026, All Rights Reserved