Əhməd Yusifov Avropa üçüncüsü olub
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada Avropa çempionatının bürünc medalını boynundan asıb.
90plus.az xəbər verir ki, idmançımız üçüncü yer uğrunda görüşdə dünya və Avropa çempionu, olimpiya mükafatçısı ispaniyalı Fransisko Qarriqosa İPPONla qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafatıdır.
VİDEO: https://t.me/doxsanplus/101809
© Copyright 2026, All Rights Reserved