İdmançımız Avropa çempionu və gümüş medalçısı oldu
Lətif Əliyevdən Avropa birinciliyində iki medal – qızıl və gümüş!
90plus.az xəbər verir ki, azərbaycanlı gənc ağırlıqqaldıran Lətif Əliyev İspaniyanın paytaxtı Madriddə təşkil olunan 15 yaşadək idmançılar arasında Avropa birinciliyində parlaq çıxışı ilə yadda qalıb.
71 kq çəki dərəcəsində qüvvəsini sınayan Lətif birdən qaldırma hərəkətində 108 kq nəticə ilə rəqiblərini üstələyərək yarışın qalibi olub və qızıl medala sahib çıxıb.
Təkanla qaldırmada isə gənc atletimiz 129 kq çəkinin öhdəsindən gəlib. Hər iki hərəkətin cəmində 237 kq nəticə göstərən Lətif bu göstərici ilə Avropa birinciliyinin gümüş medalına da layiq görülüb.Beləliklə, Lətif Əliyev Madriddəki yarışdan bir qızıl, bir gümüş medalla Vətənə dönəcək.
© Copyright 2026, All Rights Reserved