İki zəka sahibimiz dünya kubokuna haqq qazandı
Rumıniyada yekunlaşan şahmat üzrə Avropa çempionatında daha iki zəka sahibimiz dünya kubokuna vəsiqə qazanıb.
90plus.az xəbər verir ki, 11-ci turda qələbə qazanan şahmatçımız Read Səmədov ilk "20-liy"ə daxil olub. Reqlamentə görə, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanır. Yekun sıralamada 12-ci olan Səmədov bu il baş tutacaq Dünya Kubokunda iştirakını təsdiqləyib.
Eyni zamanda ilk 20-likdə olan şahmatçılardan bəziləri əvvəlki yarışlarda Dünya Kubokuna vəsiqəni öncədən əldə etdiyinə görə 23-cü yerdə qərarlaşan Əhməd Əhmədzadə də mötəbər yarışda iştirakını rəsmiləşdirib.
Qeyd: Qitə birinciliyində Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Nicat Abasov verib - 8-ci yer!
Qitə çempionatında Read Səmədov ikinci qrossmeyster (GM), Şahin Vəliyev isə ilk beynəlxalq usta (IM) balını toplayıb. Ümid Aslanov 2300 reytinqi keçərək FIDE ustası (FM) titulunu əldə edib.
Nicat Abasov və Rauf Məmmədov Dünya Kubokuna vəsiqəni əvvəlki yarışlarda qazanıb.
© Copyright 2026, All Rights Reserved