İngilis azarkeşlər "Real Madrid"in oyunçusunu istəmir
İngilis azarkeşlər Bellinqemin start heyətində yer almasına qarşı çıxır.
90plus.az xəbər verir ki, İngiltərə millisinin azarkeşləri Cud Bellinqemin start heyətində oynamasını istəmirlər. Fanatlar hesab edirlər ki, Bellinqem daha çox fərdi şəkildə ön plana çıxmağa, qol vuraraq diqqət çəkməyə çalışır və bu da komandaya yox, özünə xidmət edir.
Azarkeşlər iddia edir ki, 10 nömrə mövqeyində hazırda start heyətinə daha çox layiq olan başqa futbolçular var. Sosial şəbəkələrdə və futbol forumlarında aparılan müzakirələrdən görünür ki, azarkeşlərin bir qismi Bellinqemin əsas heyətdən kənar qalmasının komandanın kollektiv oyununa müsbət təsir göstərəcəyinə inanır.
Milli komandanın baş məşqçisinin isə bu tənqidlərə necə reaksiya verəcəyi və Bellinqemlə bağlı qərarını dəyişib-dəyişməyəcəyi maraqla gözlənilir.
Qeyd: İngiltərə millisi noyabrın 16-da DÇ-2026-nın seçmə mərhələsində saat 21:00-da Albaniya ilə səfərdə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved