İngiltərə millisinin ulduzu düşərgədən ayrıldı
İngiltərə millisinin heyətində dəyişiklik edilib.
90plus.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə Futbol Federasiyasının mətbuat xidməti yayıb.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək qarşılaşmalar üçün heyətdən "Çelsi"nin futbolçusu Koul Palmer çıxarılıb. Buna səbəb yarımmüdafiəçinin zədələnməsi olub. O, müalicə prosesini klubunda davam etdirəcək.
Bundan əlavə, İngiltərə millisinin bu gün baş tutacaq məşqinə U-21 yığmasının üzvləri Teylor Harvud-Bellis, Adam Vartun və Liam Delap dəvət alıb.
Qeyd: İngiltərə millisi martın 21-də "Uembli" stadionunda Albaniya ilə qarşılaşacaq, martın 24-də isə Latviya yığmasını qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved