"İnter"də Sneyderi Hakan keçdi
Hakan Çalhanoğlu Sneyderi geridə qoydu.
90plus.az xəbər verir ki, türkiyəli futbolçu Hakan Çalhanoğlunun komandası "İnter" Çempionlar Liqasının 2-ci həftə oyununda evdə "Srvena Zvezda" komandasını qəbul etdi.
Oyun 4-0 hesabı ilə "İnter"in xeyrinə başa çatdı. Qollar 11-ci dəqiqədə Hakan Çalhanoğlu, 59-cu dəqiqədə Arnautoviç, 71-ci dəqiqədə Martines və 78-ci dəqiqədə Taremidən gəldi.
Hakan Çalhanoğlu oyuna ilk 11-likdə başlayaraq 70 dəqiqə meydanda qaldı.
HAKAN ÇALHANOĞLUNDAN SNEYDERDƏN SONRA İLK
Hakan Çalhanoğlu, Uesli Sneyderdən sonra Çempionlar Liqasında "İnter" forması ilə cərimə zərbəsindən qol vuran ilk oyunçu oldu.
Bu nəticə ilə "İnter" ikinci oyununda xallarını 4-ə çatdırdı. "Srvena Zvezda" isə hələ də xal qazana bilməyib.
"İnter" Çempionlar Liqasının 3-cü həftəsində "Young Boys"un qonağı olacaq. "Srvena Zvezda" isə həmin həftə "Monako" ilə səfərdə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved