İrlandiya Futbol Federasiyasından Fələstinə dəstək
İrlandiya Futbol Assosiasiyası UEFA-ya İsrail klublarının Avropa turnirlərindən uzaqlaşdırılması üçün müraciət təklifini dəstəkləyib
90plus.az xəbər verir ki, İrlandiya Futbol Assosiasiyasının (FAI) iclasında İsrail komandalarının Avropa turnirlərində iştirakdan kənarlaşdırılması ilə bağlı UEFA-ya müraciət edilməsini nəzərdə tutan təklif qəbul olunub.
Sportal.az xəbər verir ki, FAI bu qərarı əsaslandırarkən İsrailin “işğal olunmuş Fələstin ərazilərində” Fələstin Futbol Assosiasiyasının razılığı olmadan klublar yaratdığını bildirib.
Qətnamə 74 səs lehinə, 7 səs əleyhinə və 2 bitərəf səslə təsdiqlənib. UEFA isə hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırlatma: UEFA sentyabr ayının sonunda ABŞ-ın keçmiş prezidenti Donald Trampın bölgə üçün “sülh planını” elan etməsindən sonra İsrail komandalarının Avropa yarışlarından uzaqlaşdırılması məsələsinin müzakirəsini dayandırmışdı.
© Copyright 2026, All Rights Reserved