DÇ-2026: İspaniya Gürcüstana şans vermədi
90plus.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının Avropa Seçmələri E qrupunun beşinci turunda İspaniya Gürcüstanın qonağı olub. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna tam nəzarət edən İspaniya həm hücumda, həm müdafiədə üstün çıxış edərək üç xal əldə edib. Bu nəticə ilə İspaniya böyük ölçüdə Dünya Çempionatına birbaşa vəsiqə qazanmaq yolunda mühüm addım atıb:
Gürcüstan 0 - 4 İspaniya
M. Oyarzabal 11' (P), 63'
M. Zubimendi 22'
F. Torres 35'
Qollar:
https://t.me/doxsanplus/110686
https://t.me/doxsanplus/110687
https://t.me/doxsanplus/110688
https://t.me/doxsanplus/110692
Artıq pley-off mərhələsini təmin edən Türkiyə millisi isə 18 noyabrda saat 23:45-də İspaniya səfərinə çıxacaq.
Dünya Çempionatı seçmələrində xal bərabərliyi halında ümumi top fərqi nəzərə alınır. İspaniya ilə Türkiyə arasında fərq daha da artıb.
Hazırda İspaniyanın top fərqi +19, Türkiyənin isə +5-dir. Fərqin 14-ə yüksəlməsi səbəbindən Türkiyənin qrup lideri olmaq şansı demək olar ki, qalmayıb. Liderliyə yüksəlmək üçün Türkiyənin İspaniyanı 7:0 hesabı ilə məğlub etməsi tələb olunur.
© Copyright 2026, All Rights Reserved