İtaliya Kenan Yıldızın qolunu danışır: “Cərrahi bir zərbə”
A Seriyasında “Yuventus”un “Leççe” üzərində 2:1 hesablı qələbə qazandığı matçda əla qol vuran Kenan Yıldız İtaliya mətbuatının gündəminə çevrilib.
90plus.az xəbər verir ki, baş məşqçi postuna İqor Tudorun gətirilməsindən sonra yeni mövqedə oynamağa başlayan türk futbolçu forvard arxasında sərgilədiyi performansla böyük alqış qazanıb.
Baş məşqçi Tudor Kenan Yıldızı cinah mövqeyindən çıxararaq mərkəzə, hücumun arxasına yerləşdirib. Bu dəyişiklik isə öz nəticəsini göstərməyə başlayıb. Kenan yeni rolda da formasının haqqını verir və oyunun axarını dəyişdirə bilir.
A Seriyasında dünən keçirilən “Yuventus” – “Leççe” matçında 19 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümdəki 8-ci qolunu vurdu. İtaliya mətbuatında onun haqqında yazılan bəzi fikirlər:
🗞 Corriere Della Sera: “Hər şey möhtəşəm idi. Thuramla paslaşma, Vlahoviçin ötürməsi və Kenanın zərbəsi... Mövsümün 8-ci qolu. Bu yaşda bir oyunçunun etibarlılığını göstərən nümunəvi an.”
🗞 Rivista Undici: “Tudor Kenan Yıldızın potensialını ortaya çıxarır. Yeni baş məşqçi onun rolunu ilk gündən bilirdi. 3-4-2-1 sistemində hücumun arxasında sərbəst hərəkət edir. İlhama qovuşmuş bir Kenan izləyirik.”
🗞 La Repubblica: “İqor Tudorlu ‘Yuventus’, Teun Koopmeiners və Kenan Yıldızla Çempionlar Liqasına bir addım daha yaxınlaşdı.”
🗞 Tuttosport: “İlk 30 dəqiqədə meydanda az göründü, amma sonra ustalıqla paslaşmalara daxil oldu və dəqiq zərbə ilə Falkoneni mat etdi. Bu qolda həm instinkt, həm də texnika vardı.”
🗞 Tuttomercato: “Kenan Yıldız artıq cinahlarda deyil, oyunun mərkəzində oynayır. Onun 10 nömrəyə layiq texnikası dar sahələrdə daha çox parlayır. ‘Leççe’ qarşısında vurduğu qol əsl ‘cərrahi bir zərbə’ idi – gözlər üçün zövq.”
Kenanın vurduğu qolun videosu:
https://t.me/doxsanplus/101170
© Copyright 2026, All Rights Reserved