İtaliya Norveçin qarşısına onsuz çıxacaq
İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 8-ci turunda doğma azarkeşləri önündə Norveç yığması ilə qarşılaşacaq.
90plus.az xəbər verir ki, dördqat dünya çempionu bu oyuna ciddi itki ilə çıxacaq.
Sandro Tonali matçda iştirak edə bilməyəcək. "Nyukasl" klubunun yarımmüdafiəçisi zədə səbəbindən yığmaya kömək göstərə bilməyəcək və komandasının düşərgəsinə geri dönəcək.
Xatırlatma: İtaliya – Norveç oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
© Copyright 2026, All Rights Reserved