İtaliyalı əfsanə karyerasını başa vurdu
İtaliya futbolunun unudulmaz ulduzlarından Antonio Kandrevа 38 yaşında peşəkar karyerasına son qoydu.
90plus.az xəbər verir ki, "Oyunum, bu gün həyatımın ən vacib günlərindən biridir. Vida zamanı gəldi." sözləri ilə qərarını elan edən futbolçu azarkeşlərini duyğulandırdı.
Ötən ay 38 yaşını tamamlayan hücumameyilli yarımmüdafiəçi son olaraq Salernitana klubunun formasını geyinmişdi.
İyul 2024-də müqaviləsinin başa çatmasından sonra klubsuz qalan Kandrevа, futbolu tərk etmək qərarını sosial şəbəkədə paylaşdığı xüsusi bir video ilə açıqladı.
Əfsanəvi futbolçu, "Burada, San Siroda, futbolun məbədi olan bu stadionda, son oyunumun keçirildiyi yerdə." deyərək, karyerasının son dayanacağında vidalaşdığını bildirdi.
Qeyd: Kandreva "Lazio", "İnter", "Salernitana" kimi komandalarda forma geyinib.
© Copyright 2026, All Rights Reserved