Juninyo komandasına kubok qazandırdı
“Qarabağ” klubunun keçmiş futbolçusu Olavio Juninyo Braziliyada kubokun qalibi olub.
90plus.az xəbər verir ki, onun çıxış etdiyi “Flamenqo” komandası Rio De Janeyro Kubokunun finalında “Fluminense” ilə üz-üzə gəlib.
İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Flamenqo”, cavab görüşündə rəqibi ilə qolsuz heç-heçə edib.
Beləliklə, komanda turnirin qalibi olub.
Qeyd: İlk matçda “Flamenqo”nun qələbə qolunu məhz Juninyo vurmuşdu.
© Copyright 2026, All Rights Reserved