Kimmix bu uşağa imzalı top hədiyyə etdi
Coşua Kimmix Almaniya millisinə qol vurmağa kömək edən topdaşıyan uşağa imzalı top hədiyyə etdi.
90plus.az xəbər verir ki, "Bundestim" Millətlər Liqasının 1/4 finalınının cavab matçında İtaliya ilə heç-heçə (3:3) etsə də, səfərdəki 2:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.
Hesab 1:0 olarkən, Kimmix və Camal Musiala rəqib qapıçı Donnarummanın komanda yoldaşları ilə söhbətləşməsindən istifadə edib fərqi artırıblar. 15 yaşlı Noel Urbaniack topu tez ötürməklə buna kömək edib.
Almaniya millisinin idman direktoru Rudi Völler topdaşıyan uşağa komandanın növbəti ev matçına pulsuz bilet söz verib.
📰: RTL
© Copyright 2026, All Rights Reserved