Kloppun adı “Real”la bir çəkildi
Yürqen Klop "Real Madrid"in başına keçə bilər.
90plus.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi alman mütəxəssisi Karlo Ançelottinin ideal xələfi sayır. Buna səbəb Klopun ulduzlarla işləmək və gənc futbolçuları inkişaf etdirmək bacarığıdır.
57 yaşlı baş məşqçi fəaliyyətini bərpa etməyə tələsmir. Amma "Real Madrid"dən gələcək təklif onun fikrini dəyişə bilər.
📰: TBR Football
Qeyd: Klopp 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb. O, bu ilin yanvarın 1-dən "Red Bull"un qlobal futbol rəhbəri postunu tutur.
© Copyright 2026, All Rights Reserved