Klubların Dünya Çempionatı: Rəmzi komanda!
DAZN TV Klubların Dünya Çempionatının rəmzi komandasını açıqladı.
90plus.az xəbər verir ki, 2025-ci il Klubların Dünya Çempionatının rəsmi yayımçısı DAZN TV turnirin rəmzi komandasını açıqlayıb. Turnirdə parlaq çıxış edən futbolçular arasında “Çelsi”, PSJ və “Real Madrid”in oyunçuları üstünlük təşkil edir.
Rəmzi heyətdə yer alan futbolçular aşağıdakılardır:
Qapıçı:
Robert Sançes (“Çelsi”)
Müdafiəçilər:
Ris Ceyms (“Çelsi”)
Milan Şkrinyar (PSJ)
Kalidu Kulibali (“Əl-Hilal”)
Nunu Mendeş (PSJ)
Yarımmüdafiəçilər:
Vitinya (PSJ)
Manuel Uqart (PSJ)
Enso Fernandes (“Çelsi”)
Hücumçular:
Koul Palmer (“Çelsi”)
Qonsalo Qarsiya (“Real Madrid”)
Kilian Mbappe (PSJ)
Turnirin ən yaxşı oyunçusu: Koul Palmer (“Çelsi”)
Ən yaxşı gənc oyunçu: Dezire Due (PSJ)
Xatırlatma: "Çelsi” finalda PSJ-yə 3:0 hesabı ilə qalib gələrək turnirin çempionu olmuşdu. Komandanın əsas aparıcı qüvvələrindən biri olan Koul Palmer həm məhsuldarlığı, həm də oyun keyfiyyəti ilə seçilərək ən yaxşı futbolçu adına layiq görülüb.
© Copyright 2026, All Rights Reserved